Forumdan istifadə etmək üçün əvvəlcə qeydiyyatdan keçmək lazımdır:

Qeydiyyat yazısına kliklədikdən sonra qarşınızda belə bir ekran açılacaqdır. Həmin ekranda istifadəçi adınızı, e-mailinizi və şifrənizi yazaraq qeydiyyatdan keçə bilərsiniz.

Əgər hesabınız varsa, onda "Giriş" düyməsinə klikləməyiniz kifayətdir. Açılan ekranda istifadəçi adınızı və şifrənizi yazaraq foruma daxil ola bilərsiniz.

Daxil olduqdan sonra ekranın sol tərəfində "Müzakirə başlat" və digər başlıqların yazıldığı hissəni görəcəksiniz.

Müzakirə başlatmazdan əvvəl başlıqlara və altbaşlıqlara baxmağınız tövsiyə olunur. Burada sizi maraqlandıran suallara cavab tapmağınız mümkündür.


Əgər axtardığınız suala hələ də cavab tapa bilmirsinizsə, onda "Müzakirə Başlat" düyməsinə klikləyə bilərsiniz. Kliklədikdən sonra qarşınızda belə bir ekran açılacaqdır.

Bu ekranda başlığınızı və məzmunu yazırsınız, başlığınıza uyğun bölməni seçirsiniz.

Daha sonra isə "Müzakirə Başlat" düyməsinə klikləyərəq postunuzu yayımlayırsınız.

Bunlardan başqa, siz daha əvvəl yazılmış postlara cavab verə və ya izləyə bilərsiniz. İzləmək funksiyası vasitəsiylə o posta gələn hər rəy sizə də bildiriş olaraq gələcəkdir.

Forumda etikadan kənar ifadələr, təhqir və təhrikedici postları şikayət edə bilərsiniz ki, forum moderatorları daha tez görüb müdaxilə edə bilsinlər. "Şikayət et" düyməsi postun ən altındadır.

Uğurlar.