“ÜMUMİ XİDMƏT” bölməsi:
Mover nədir?
- Mover Türkiyədən və Amerika Birləşmiş Ştatlarından yüklərin Azərbaycana daşınmasını həyata keçirən peşəkar çatdırılma şirkətidir.
Mover-də məhsul necə sifariş verilir?
Mover.az-dan sifariş vermək üçün saytdan istifadəçi kimi qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdə gömrük tərəfindən tələb olunan məlumatlar bağlamanı rəsmiləşdirmək üçün mütləq düzgün formada qeyd olunmalıdır:
Ad və soyad;
Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi;
Qeydiyyat ünvanı;
Əlaqə nömrəsi.
Qeydiyyatdan keçdikdən sonra əldə edilən ünvan və şəxsi anbar nömrəsi müxtəlif alış-veriş saytlarında çatdırılma ünvanı kimi göstərilməlidir. Sifariş verilən məhsul Mover.az-ın Türkiyə və ABŞ-da yerləşən anbarlarına çatdırıldıqdan sonra Bakı ofisinə göndərilir.
Mover iki növ xidmət təklif edir:
“Xaricdə ki ünvanım” xidməti vasitəsi ilə sifarişçilər istədikləri alış-veriş saytından məhsulları öz plastik kartları ilə sifariş verərək, Mover.az anbarlarında olan ünvanlarına göndərirlər. Bu zaman sifarişçi tərəfiindən “Bəyannamə” əlavə edilməlidir.
“Mənim üçün al” xidməti vasitəsilə Mover.az sifarişçi əvəzinə sifarişçinin seçmiş olduğu məhsulu sifariş verir və ona çatdırılmasını təmin edir. Bu zaman bəyannaməni sifarişçi əvəzinə Mover əlavə edir.
“Mənim üçün al” xidməti nədir?
- Türkiyədə olan bəzi onlayn alış-veriş saytları beynəlxalq bank kartlarını dəstəkləmir. Buna görə də Mover həmin sifarişçilərin arzularını həyata keçirmək üçün bu xidməti aktiv etmişdir. Belə ki, sifarişçi qarşı tərəfə özü ödəmə edə bilmədiyi hallarda sifariş vermək istədiyi məhsulun linkini Mover.az-a göndərir, məhsulun ödənişini edir və Mover əməkdaşları sifarişçinin göndərdiyi sayta ödəməni edib, məhsulu alır.
Mover.az vasitəsi ilə hansı ölkələrdən məhsul sifariş vermək mümkündür?
- Mover.az vasitəsilə hazırda Türkiyə və Amerika Birləşmiş Ştatlarından məhsul sifariş etmək mümkündür. “Mənim üçün al” xidməti hazırda yalnız Türkiyə üçün aktivdir. Mover Türkiyə şirkəti ilə partnyorluq edir və müştəri məhsulun pulunu Türkiyə şirkətinin hesabına köçürür. Mover sadəcə Türkiyə şirkətinə Azərbaycan şirkəti olaraq xidmət verir.
Mover.az vasitəsilə hansı firmalardan sifariş vermək olur?
- Mover.az-da nümunə saytlar bölməsi mövcuddur. Plastik kart vasitəsilə ödəniş mümkün olan alış-veriş saytlarından məhsul sifariş etmək olar. Sifariş saytlarında limit yoxdur, seçimi Mover.az yox, sifarişçi edir.
Mover.az-da necə qeydiyyatdan keçmək olar?
- Qeydiyyatdan keçmək üçün Mover.az saytına daxil olaraq, sağ tərəfdə yuxarıda yerləşən “Qeydiyyat” keçidinə klik edib, qeydiyyat blankını doldurmaq lazımdır. Saytda qeydiyyatdan keçmədən sifariş vermək mümkün deyildir.
Mover.az-dan qeydiyyatdan keçmək nə üçün vacibdir?
- Sifarişçi Mover.az vasitəsi ilə məhsul sifariş etmək üçün mütləq qeydiyyatdan keçməlidir. Ölkəyə gətirilən məhsul gömrük komitəsində sifarişçinin adına rəsmiləşdirilir və sifarişçi “şəxsi kabinetindən” sifarişləri haqqında ətraflı məlumat əldə edə bilir. Eyni zamanda, qeydiyyat zamanı hər sifarişçi xarici ölkədə yerləşən Mover anbarlarının ünvanını əldə edir və satıcı firma sifarişi həmin ünvana çatdırır.
- Qeydiyyatdan keçdikdə gömrük tərəfindən tələb olunan məlumatlar bağlamanı rəsmiləşdirmək üçün mütləq düzgün formada qeyd olunmalıdır. Bunlar aşağıdakılardır:
- Ad və soyad;
- Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və Pin kodu;
- Qeydiyyat ünvanı;
- Əlaqə nömrəsi.
-
“Mənim üçün al” xidmətində “Məhsulu səbətə əlavə etmək” nə deməkdir?
- Sifarişçi istədiyi saytlardan bəyəndiyi məhsulların linklərini seçir və həmin linkləri “səbətə əlavə etmək”lə məhsulu sifariş verir. Səbətə əlavə olunmayan məhsulları sifariş etmək olmur. Məhsulun linki səbətə əlavə edildikdən sonra sifarişçi ödənişi həyata keçirməlidir. “Səbətə əlavə etmək” funksiyası əksər saytlarda olan “basket” rolunu oynayır.
“Mənim üçün al” xidmətində məhsulun ödənişi necə həyata keçirilir?
- Mover.az-a sifariş verilən məhsulun linkini səbətə əlavə etdikdən sonra hər hansı plastik kart vasitəsilə onlayn ödəmə həyata keçirmək mümkündür. Sadəcə olaraq kartda 3D secure xidməti aktiv olmalıdır.
Ödəmə kartında 3D secure xidməti nəyə lazımdır?
- Mover-ın əməkdaşlıq etdiyi ödəniş sistemləri, təhlükəsizlik məqsədi ilə 3D Secure tələb edir. 3D secure xidməti sizin təhlükəsiz ödəniş həyata keçirməyinizi təmin edir və kart məlumatlarınızın üçüncü şəxslər tərəfindən oğurlanmasının qarşısını alır.
“Mənim üçün al” xidmətində məhsulların qiyməti necə hesablanır?
- Mover.az tərəfindən sifariş verilən məhsulların qiymətinin üzərinə pulköçürmə xidmətinin bank rüsumu üçün sifariş məbləğinin 5%-i əlavə edilir. Məhsulların qiyməti sifariş linkindəki qiymətlə eyni olaraq qalır. Məsələn, onlayn mağazada məhsulun qiyməti 100 TL-dirsə, “Mənim üçün al” xidmətindən istifadə edən zaman, sifarişçi məhsul üçün 105 TL ödəniş edir. Qeyd edilən məbləğə, sifarişin Azərbaycana çatdırılma qiyməti daxil deyil. Daşınma haqqı məhsulun çəkisinə görə hesablanır və əlavə ödənilir.
“Mənim üçün al” xidmətində sifariş verərkən niyə əlavə 5% ödəmə edilir?
- “Mənim üçün al” xidmətində sifarişçilərin Mover.az-a ödədiyi məbləğ satıcıya - Türkiyə şirkətinə bank vasitəsi ilə göndərilir və onlar ödəməni kart hesabına qoyub yenidən sifariş verirlər. Bu halda müəyyən bank rüsumları yaranır. Əlavə edilən 5% məhz həmin bank rüsumları üçündür.
Məhsulların çəkisi necə hesablanır?
- Xarici anbara daxil olan hər bağlama tərəzidə çəkilir. Sistemə isə həmin çəki qeyd edilir. Daşınma haqqı da həmin çəkiyə uyğun müəyyənləşdirilir. Sifarişçi saytda “Sifarişlərim” bölməsinə daxil olaraq bağlamasının xarici anbara çatdığını və məhsulunun çəkisini görə bilir.
Mover.az hansı məhsulların sifarişini qəbul etmir?
- Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş mallar, maye məhsulları, tərkibində batareya olan avadanlıqlar, yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika, radioaktiv maddələr, narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, canlı heyvanlar, bitki və toxumlar, dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr, xammal şəklində olan qiymətli metallar, qiymətli qaşlar və bu kimi bir sıra məhsulların sifarişi qəbul edilmir.
Mover.az ilə necə əlaqə saxlamaq olar?
- Sifarişçilər Mover.az-la saytda yerləşən əlaqə formu vasitəsi ilə əlaqə saxlaya bilərlər. Bundan əlavə, sualları cavablamaq üçün *9009 çağrı mərkəzi və info@mover.az mail ünvanı və Sorğular bölməsi sifarişçilərin xidmətindədir.
Sifariş verilən məhsullar profildə nə vaxt görünür?
- Sifariş vermək istədiyiniz məhsul Mover.az tərəfindən təsdiq edildikdən sonra “Sifarişlərim” bölməsində ”Sifariş verilib” statusunda görünür.
Hesabdan artıq pul çıxılması nə ilə bağlıdır?
- Mover.az məhsulların qiymətini Azərbaycan Mərkəzi Bankının günlük məzənnəsinə uyğun hesablayır. Ancaq sifarişçinin istifadə etdiyi bank öz məzənnəsinə uyğun hesabdan ödəniş çıxır. Təəssüf ki, Mover.az buna müdaxilə edə bilmir. Bu barədə ətraflı məmulatı Mover.az saytının “Balans” bölməsində əldə etmək olar.
“SİFARİŞLƏR” bölməsi:
Kimlər Mover.az-ın xidmətlərindən istifadə edə bilməz?
- Yalnız plastik onlayn ödəmə kartı olan sifarişçilər Mover.az-ın xidmətlərindən yararlana bilirlər. Ödəniş yalnız bu üsulla həyata keçirilir. Plastik kart hesabı, qeydiyyat ünvanı və şəxsiyyət vəsiqəsi olmayan şəxslər Mover.az xidmətindən istifadə edə bilmirlər.
Təcili Sifariş nədir?
- Təcili sifariş xidməti “Mənim üçün al”a daxildir. Bu xidmət məhsulun təcili sifarişini həyata keçirir, lakin təcili çatdırılmasını təmin etmir. Təcili sifariş zamanı əlavə 2 ABŞ dolları ödəniş etməklə, sifariş növbədənkənar həyata keçirilir.
Təcili sifariş nə üçün lazımdır?
- Saytlar müxtəlif endirim kampaniyaları həyata keçirir. Məsələn, bir məhsulun endirim kampaniyasının bitməsinə son bir neçə gün qaldığı qeyd edilir. Sifarişçi isə bu məhsulu almaq üçün əlavə 2 ABŞ dolları ödəyir və kampaniya başa çatmamış təcili sifariş verir.
Təcili sifariş necə nizamlanır?
- Sifariş edən sifarişçilərin Mover.az sistemində siyahısı var. Qırmızı rənglə qeyd olunan sifarişçilər təcili sifariş verənlərdir. Öz növbəsində onlar da sıralanır. Təcili sifarişin ödənişini ilk hansı sifarişçi ödəyibsə, sıralamada da həmin sifarişçinin adı öndə olur.
Təcili sifariş verdiyim halda niyə hələ də sifarişim gecikir?
- Bu xidmət məhsulun təcili sifarişini həyata keçirir, lakin təcili çatdırılmasını təmin etmir. Təcili sifariş zamanı əlavə 2 ABŞ dolları ödəniş etməklə sifariş sırası önə çəkilir.
Sifariş zamanı bəyannamə nə üçün lazımdır?
- Sifarişçi birbaşa özü sifariş verdiyi hallarda bəyannamə doldurmalıdır. Bu, Gömrük tərəfindən tələb olunur. Əgər bəyannamə doldurulmasa, bağlamanın rəsmiləşdirilməsi qeyri-mümkündür.
Eyni saytdan iki sifariş verdiyim halda, niyə hər biri ayrı-ayrılıqda sistemə daxil edilir və 2 qat pul çıxılır?
- Belə hal bir neçə səbəbdən baş verə bilər. Satıcı firma hər məhsulu ayrı anbardan göndərə bilər. Belə olanda Mover.az da öz anbarlarında iki fərqli paket qəbul edir. Təhvil alınan bağlamalar eyni formada sifarişçiyə təhvil verilir. Hər hansı müdaxilə tətbiq olunmur. Buna görə də ayrı-ayrılıqda hesablanır. Bəzən isə sifarişləri müştərilərə daha sürətli çatdırmaq üçün hər sifariş ayrı bağlama kimi hesab edilir. Sifarişçilər sifariş etdikləri məhsulların ödənişini fərqli vaxtlarda həyata keçirdikdə də eyni hal müşahidə oluna bilər.
Təhvil alınan paketlərdə hər hansı zədələnmə olarsa, məsuliyyəti kim daşıyır?
- Məhsullar Türkiyədə yerləşən Mover.az-ın anbarlarına çatdırılana qədər zədələnərsə, bunun məsuliyyətini Mover.az daşımır. Bu, Türkiyə daxilində çatdırılmanı həyata keçirən şirkətin məsuliyyətindədir. Əgər anbarlardan Bakıya çatdırılma əsnasında məhsullar zədələnərsə, o zaman Mover.az bütün məsuliyyəti öz üzərinə götürür və narahatlıq aradan qaldırılır.
Bağlama daşınma zamanı zədələnibsə, Mover.az hansı addımları atır?
- Mover.az-ın cavabdeh olduğu hallarda bağlama zədəli olarsa, sifarişçinin daşınma haqqı və məhsulun ödənişi geri qaytarılır və ya eyni məhsulun təkrar sifarişi sifarişçiyə təklif olunur.
Sifarişçi sifarişi necə ləğv edə bilər?
- Mover.az-da sifarişinizin statusu “Sifariş verilib” olarsa, sifarişin ləğvi mümkün deyil.
- Sifariş verilən məhsul itibsə, tapılması üçün nə etmək lazımdır?
- Mover.az itən məhsulların tapılması üçün sifarişçidən 14 gün möhlət istəyir. Bu vaxt bağlamanın xarici ölkə ofisindən çıxdığı andan hesablanır. Əgər 14 gün ərzində Mover.az sifarişçiyə həmin bağlamanı təhvil verə bilmirsə, məhsul itmiş hesab olunur və dəymiş ziyan tam şəkildə kompensasiya edilir.
Sifarişin səhvən başqa sifarişçiyə getməsi mümkündürmü?
- Mover.az-da sifarişçilər kodlar üzrə qeydiyyata alınır. Hər müştəri üçün indivudual müştəri kodu (6 rəqəmli) sistem tərəfindən verilir və sifarişlərin müştəriyə aid olması həmin kod üzərindən aparılır. Anbarlara sifarişçi kodları göndərilir və orada məhsullar kodlara uyğun toplanılır. Nadir hallarda belə səhvə yol verilməsi mümkündür. Əgər belə bir hal baş verərsə, Mover dəymiş ziyanı kompensasiya edir.
Ödənişi necə geri almaq olar?
- Sifarişçinin sifariş növbəsi çatmayıbsa, Mover.az tərəfindən sifariş həyata keçirilənə qədər sifarişçi istədiyi vaxtda sifarişini ləğv edib, ödənişini geri ala bilər.
Verilən sifarişin qeydlərinə və detallarına yenidən necə baxmaq olar?
- Əgər satıcı firmanın saytında bu barədə məlumat yerləşdirilibsə, Sifarişçi öz Mover.az-dakı profilinə daxil olaraq, həmin məlumatlarla - sifarişinin fotosu da daxil olmaqla məhsulun bütün detalları ilə tanış ola bilər.
Sifariş endirimli məhsul olmasına baxmayaraq, niyə ilkin qiyməti ilə hesablanır?
- Mover.az saytında sifarişlərin sıra ilə həyata keçirildiyi qeyd olunub. Mover.az komandası sifarişləri maksimum sürətli həyata keçirir. Bəzən, sizin növbəniz çatanda “Endirim kampaniyası” başlamış olur, bu zaman məhsul endirim qiyməti ilə hesablanır. Pulun artıq qalan hissəsi isə sifarişçinin bank hesabına geri qaytarılır. Bəzən sifarişçi “Endirim kampaniyası” müddətində məhsul sifariş edir, lakin sifarişçinin növbəsi çatarkən “Endirim kampaniyası” sona çata bilər, Mover.az buna müdaxilə edə bilmir və məhsul mövcud qiyməti ilə hesablanır.
“ÇATDIRILMA” xidməti:
Çatdırılma qiymətinin digər şirkətlərdən fərqli olmasının səbəbi nədir?
- Mover.az daim bazarı izləyir və ən ucuz qiymətə uyğun xidmət haqqını tənzimləyir. Türkiyədən Azərbaycana həftədə 3 dəfə məhsul gətirilir. Azərbaycanda heç bir çatdırılma xidməti belə sürətlə, 2-3 gün kimi qısa müddət içərisində məhsul çatdıra bilmir. Mover.az digər şirkətlərdən sürətli xidməti ilə də fərqlənir.
Çatdırılma nə zaman gecikə bilər?
- Mover.az əməkdaşları sifarişlərin vaxtında çatdırılması üçün maksimum çalışır. Təəssüf ki, bəzən Mover.az-dan asılı olmayan səbəblərdən sifariş gecikə bilir. Gecikməyə anbarların ixrac ölkələrində olması, ixrac olunan ölkələrdə göndərişlərin sayının çoxluğu, təyyarənin baqaj hissəsinin dolu olması və Bakı gömrüyündə sıxlıq kimi hallar səbəb ola bilir. Mover.az daim çalışır ki, ondan asılı olmayan səbəbləri də sürətli formada aradan qaldırsın və sifarişçilərin sifarişlərini vaxtında çatdırsın.
Məhsul sifarişçiyə nə zaman çatır?
- Bu, məhsulunu sifariş etdiyiniz satıcı firmanın həmin məhsulu Mover.az-ın xarici ölkədə olan anbarlarına nə vaxt çatdırılmasından asılıdır. Mover.az Türkiyədən Azərbaycana həftədə 3 dəfə , ABŞ-dan isə həftədə 1 dəfə məhsul gətirir. Məhsul anbara daxil olan kimi dərhal paketlənir və Bakı ofisinə hazır vəziyyətdə göndərilir.
Kuryerin məhsulumu gətirdiyini necə biləcəm?
- Mover.az-ın kuryeri məhsulu sifarişçiyə çatdırmamışdan 40 dəqiqə əvvəl sifarişçiyə bu barədə xəbərdarlıq mesajı göndərilir. Kuryer göstərilən ünvana çatdıqda sifarişçi orada olmazsa, 10 dəqiqə ərzində gözləyə bilir.
Sifarişçi məhsulun Bakıya çatdığını necə bilir?
- Məhsulun Bakıya çatdığına dair sifarişçinin smart cihazına mesaj, elektron poçt qutusuna məktub göndərilir. Eyni zamanda, sifarişçi Mover.az saytında “Sifarişlər” bölməsinə daxil olaraq sifariş barədə ətraflı məlumat əldə edə bilir.
Məhsul Bakıya çatıb, amma Mover.az-dan bildiriş gəlməyib. Məhsulun gəlməsi ilə bağlı məlumat nə vaxt göndərilir?
- Məhsul Bakıya çatıbsa, mütləq sifarişçinin smart cihazına bu barədə mesaj, elektorn poçt qutusuna məktub göndəriləcək. Mover.az saytında “Sifarişlər” bölməsinə daxil olaraq sifarişiniz barədə ətaflı məlumat əldə edə biləcəksiniz.
Məhsul Bakıya neçə günə çatır?
- Sifarişiniz anbardan çıxdıqdan sonra 2 gün ərzində Bakı ofisinə çatdırılır. Bəzən, Hava Yolları Şirkətləri və ya Gömrük xidmətində yoxlanış səbəbindən məhsul gecikə bilər. Mover.az daim çalışır ki, ondan asılı olmayan səbəbləri də sürətli formada aradan qaldırsın və sifarişçilərin sifarişlərini vaxtında çatdırsın.
Məhsulun çatdırılması zamanı qutusu əzilib. Bununla bağlı kim məsuliyyət daşıyır?
- Çatdırılma zamanı bağlamada zədə yaranarsa, bunun məsuliyyətini Mover daşıyır və dəymiş ziyanın aradan qaldırılması üçün çalışılır. Qutu əzilibsə, ancaq məhsul salamatdırsa, ödəniş tam formada həyata keçirilməlidir.Qutunun əzilməməsini istəyənlər həcmi çəki ilə sifariş edə bilərlər. Həcmi çəkinin hesablanma düsturu belədir: enuzunhündürlük 6000
Niyə sifariş öz növbəsində təhvil verilmir?
- Bakı ofisində bütün sifarişlər toplanır və bəzən sizin bir neçə bağlamanız fərqli yerlərdə saxlanıla bilir. Buna görə də, sizdən sonrakı növbənin az sayda sifarişi daha tez təhvil verilir.
###“ƏMƏKDAŞLAR” bölməsi:
Sifarişçilər Mover.az əməkdaşlarının peşəkarlığından necə əmin ola bilər?
- Mover.az komandasının daim daha da peşəkarlaşması və təkminləşdirilməsi üçün addımlar atır. Hər bir əməkdaşımız işə qəbul prosesində şirkətdaxili qaydalar və sifarişçilərlə iş prinsipimiz haqqında məlumatlandırılır, təlimlər və seminarlarda iştirak edir.
İşə qəbul zamanı əməkdaşlar sifarişçilərlə ünsiyyət barədə təlimatlandırılırmı?
- Mover.az-ın hər bir əməkdaşı işə qəbul olarkən təlimatlandırılır və daim onların bacarıqlarının təkmilləşdirilməsi üçün müxtəlif təlimlər təşkil olunur. Belə təlimlərə “Çağrı mərkəzi”nin əməkdaşları daxil olmaq şərtilə bütün əməkdaşlar cəlb olunur.
Günün hansı saatlarında Mover.az-la əlaqə saxlamaq olar?
- Mover komandası ilə bazar günü istisna olmaqla həftənin 6 günü 10:00-dan 24:00-a qədər əlaqə saxlaya bilərsiniz. Anbar xidməti isə 20:00-a qədər çalışır. Tezliklə gecə növbəsi də işə başlayacaq.
Mover.az əməkdaşları məhsulların paketlənməsi ilə bağlı təlimatlandırılırmı?
- Mover.az paketləmə işini görmür. Hazır paketlər sistemə daxil edilir və sonra vitrindən götürülüb sifarişçiyə kodu üzrə təhvil verilir.
Mover.az Çağrı Mərkəzi ilə necə əlaqə saxlamaq lazımdır?
- Mover.az Çağrı Mərkəzi ilə əlaqə saxlamaq üçün *9009 nömrəsinə zəng etmək lazımdır.
“MƏHSULLAR” bölməsi:
Məhsullar hansı hallarda gecikir?
- Sifariş edilən firmanın çatdırılma xidmətində və anbarında hər hansı gecikmə olarsa, Mover.az-da məhsulun çatdırılması gecikə bilər. Məsələn, müəyyən məhsulun S ölçüsü firma anbarında görünür, lakin firma öz anbarında həmin məhsulu tapa bilmir və tapacağı vaxta qədər müddət uzanır. Mover.az bu prosesə müdaxilə edə bilmir. Mover.az daim çalışır ki, ondan asılı olmayan səbəbləri də sürətli formada aradan qaldırsın və sifarişlərivaxtında çatdırsın.
Məhsul səhv gəlib. Məhsulu geri qaytarmaq mümkündür?
- Satıcı firma məhsulu geri qaytarmaq üçün sifarişçiyə müəyyən möhlət verir. Həmin möhlət məhsulun anbara təhvil verildiyi gündən etibarən başlayır. Əgər məhsul səhv gəlibsə, sifarişçi bu müddət ərzində məhsulu geri qaytara bilər.
Sifariş olunan məhsul hələ gəlməyib. Bununla bağlı nə edilməlidir?
- Mover.az Türkiyədəki anbarlarından həftədə 3 dəfə, Amerikadakı anbarından isə həftədə 1 dəfə Bakı ofisinə bağlama gətirir. Buna görə də çox nadir hallarda gecikmələr baş verir. Məhsul gecikirsə, *9009 Çağrı Mərkəzilə əlaqə saxlayıb və ya Mover.az saytına sorğu göndərib dəqiqləşdirmə apara bilərsiniz. Gecikmiş, itmiş bağlamalar xarici anbara qəbul olunduqdan sonra 14 gün araşdırma müddəti alınır. Mover.az daim çalışır ki, ondan asılı olmayan səbəbləri də sürətli formada aradan qaldırsın və sifarişçilərin sifarişlərini vaxtında çatdırsın.
Sifariş edilən məhsulların hamısı gəlməyib. Bunun səbəbi nədir?
- Mover.az əməkdaşları sifarişlərin vaxtında çatdırılması üçün maksimum çalışır. Təəssüf ki, bəzən Mover.az-dan asılı olmayan səbəblərdən sifarişlərdən biri və ya bir neçəsi gecikə bilir. Gecikməyə anbarların ixrac ölkələrində olması, ixrac olunan ölkələrdə göndərişlərin sayının çoxluğu, təyyarənin baqaj hissəsinin dolu olması və Bakı gömrüyündə sıxlıq kimi hallar səbəb ola bilir. Mover.az daim çalışır ki, ondan asılı olmayan səbəbləri də sürətli formada aradan qaldırsın və sifarişçilərin sifarişlərini vaxtında çatdırsın.
Sifariş edilən məhsulların hamısı gəlməyib. Digərlərini nə vaxt əldə etmək mümkündür?
- Mover Türkiyədəki anbarlarından həftədə 3 dəfə, Amerikadakı anbarından isə həftədə 1 dəfə Bakı ofisinə bağlama gətirir. Bəzən təyyarələrin baqajlarında kifayət qədər yer qalmır. Bu halda sifarişlər bir neçə hissəyə bölünüb göndərilir. Sifarişinizdən biri və ya bir neçəsi gecikirsə, *9009 Çağrı Mərkəzilə əlaqə saxlayıb və ya Mover.az saytına sorğu göndərib dəqiqləşdirmə apara bilərsiniz.
Məhsul gömrükdə qaldıqda hansı prosedurlar həyata keçirilir?
- Məhsul gömrükdə qaldıqda Mover.az gömrük xidmətindən barkod alır və müştəriyə təqdim edir. Belə olan halda müştəri özü Gömrük xidmətinə yaxınlaşıb, həmin barkodla məhsulu təhvil ala bilər. Bu ona görədir ki, Mover məhsul daşıma xidmətini artıq həyata keçirib və məhsul Bakıdadır, sadəcə Gömrük xidməti müəyyən səbəbə görə məhsulu təhvil vermir. Bu məqamda məhsulun sahibi – sifarişçi özü prosedura müdaxilə edir.