Bəyannamə nədir?
- Xarici anbara sifarişçi adına gələcək bağlama ilə bağlı məlumatlandırma üçün və Gömrük komitəsinə vətəndaş adına gələcək poçt yükünə dair təqdim olunan sadələşdirilmiş bəyan formasıdır
Nə üçün bəyannamə əlavə olunmalıdır?
- Bağlamanın kimə aid olmasının təyin edilməsi və ən sürətli formada göndərişə hazırlanaraq Gömrük komitəsinə bəyan edilməsi üçün Xarici anbarın məlumatlandırılması səbəbindən
Bəyannamə əlavə olunmadıqda və ya yalnış bəyan olduqda nə baş verəcək?
- Bağlamanın çatdırılma müddəti uzanacaq
- Bağlama üzərində müştəri məlumatları düzgün qeyd olunduğu halda müştəri profilində "Bəyan gözləyir" statusuna keçir.
- Müştəri bəyannamə əlavə edəcəyi tarixə qədər bağlama anbarda saxlanılacaq və sadəcə bəyan əlavə olunduqdan sonra bağlama göndəriş üçün hazırlanacaq.
- Qiymət fakturadan fərqli olarsa, gömrük xidməti tərəfindən bağlamalar araşdırma üçün saxlanılacaq.
Bəyannamə necə əlavə olunur?
1. Müştəri profilində Bağlamalarım səhifəsinə keçilir

2. Bəyannamə əlavə et düyməsi sıxılır

3. Açılmış blankda məlumatlar əlavə olunur

3.1. Bağlama sayı = Xarici anbara gələcək bağlamaların sayı (əğər məlumat yoxdursa, 1 olaraq seçilir)
3.2 Sifariş tarixi = Məhsulun sifariş tarixi
3.3 Mağaza adı = Məhsulun sifariş verildiyi mağazanın (saytın) adı
3.4 Məhsulun tipi = Sifariş olunmuş məhsulun tipi açılmış siyahıdan seçilir
3.5 Sifariş nömrəsi = Məhsulun sifariş edildiyi saytdakı sifariş nömrəsi
3.6 Karqo izləmə kodu = Məhsulun sifariş edildiyi saytda xarici anbara çatdıracaq karqo şirkətinin izləmə (tracking) kodu
3.7 Qiymət = Sifarişin fakturadakı ümumi dəyəri
3.8 Sifariş tarixi = Məhsulun sifariş tarixi
3.9 Faktura = Sifarişin alışını təsdiqləyən faktura (satıcının saytında sifarişlərim (siparişlerim,orders) bölməsində faktura (fatura,invoice) olaraq qeyd olunur). Ölkəyə idxal olunan bağlamaların gömrük baxışında bağlamaların fakturasının olması vacibdir.
3.10 Məhsulların siyahısı = Əgər məhsul sayı 1-dən çoxdursa, əlavə məhsul tipləri haqqında məlumatlar verilir
3.11 Əlavə et = Hazırlanmış bəyannamənin göndərilməsi
4 Əlavə olunmuş bəyannamə Bağlamalarım səhifəsində "Sifariş verilib" statusunda görünəcək 