Sifarişi 29.12.2019 elemisem heç bir xeber yoxdu ödəniş gözləyir yazılır statusa amma moverkartla ödəniş etmişəm kartdan məbləğ çıxıb artıq müştəri nomrem 171823
Narimanfb1907 mende de eyni problem var odenis kartdan cixib mehsul sifaris olunmur
Cavab gözləyirəm amma yoxdur
Narimanfb1907 Salam, Əlaqə saxlanıldı, sifarişiniz uğurla həyata keçirildi. Əlavə sualınız olarsa, buyurun, hər zaman xidmətinizdəyik.
Amina çox sağolun amma məndə sifaris yoxa çıxıb belə olmalıdı yeni?
Salam, Narimanfb1907 bəy. Sifarişiniz artıq "Bağlamalar" bölməsindədir.
Məlumata görə çox sağolun
Narimanfb1907 Buyurun. Hər zaman xidmətinizdəyik.
Salam baglamam təhvil üçün hazırdır yazılıb mende Rəhman marketi seçmişəm necə bilə bilərəm ki baglamam Bakı ofisi dedi ya da Rəhman marketdedir
171823
Salam, Narimanfb1907 bəy. Bağlamanız "Rəhman market" məntəqəsində "Çatıb" statusuna keçid alıb. Əlavə sualınız olarsa, buyurun, hər zaman xidmətinizdəyik.
1234567890 Salam, Leyla xanım. Zəhmət olmasa, linklərinizə dəyişiklik etdikdən sonra, sifarişlərinizi həyata keçirə bilməmiz üçün, bizə məlumat verin. Sifarişləriniz artıq həyata keçirilmişdir.
1234567890 məndə problem həllini tapdı sağolsun razı qaldım mover xidmətindən məhsulunu da aldim
Salam izləmə kodu (traking kodu) təslimat nömrəsi ilə eyni şeydir? Mən trendyoldan məhsul sifariş etmişəm bəyəmnaməni doldurmaq istiyirem izleme kodunu tapa bilmirəm xahiş edirəm köməklik gosteresiniz
Əvvəlki sifarişimi bu gün aldım çox sağolun razı qaldım belə davam edin 😄
Narimanfb1907 Buyurun. Hər zaman xidmətinizdəyik!
Salam, Narimanfb1907 xanım. Kargo izləmə kodu (gönderi no) bağlamalarınız Türkiyə daxili kargoya təslim olunduğu zaman sizə təqdim olunur. Cox zaman mağaza tərəfindən bağlamanız kargoya verildiyi haqqında mail vasitəsi ilə göndərilən məlumatda yerləşir.
Mənim 0,86$ bonusum var. Ondan necə istifadə edə bilərəm ?
Narimanfb1907 Həyata keçirdiyiniz ödənişlər zamanı əldə etdiyiniz bu bonusları yalnız Mover xidmətlərinə müraciət zamanı istifadə edə bilərsiniz. Məs., bağlamanın daşınma haqqını ödədiyiniz zaman "Bonus ilə ödə" düyməsini klikləyərək istifadə edə bilərsiniz.